Bakı 12˚C Cloudy

AZAL Moskvanın daha bir limanın uçuşlar yerinə yetirəcək

Cəmiyyət 23:55 19 noy, 2021

Daşımaya yalnız COVİD-19 pandemiyası səbəbindən tətbiq edilən epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

AZAL Moskvanın daha bir limanın uçuşlar yerinə yetirəcək

“Azərbaycan Hava Yolları” QSC (AZAL) dekabrın 1-dən Rusiyanın paytaxtı Moskvanın “Vnukovo” (VKO) beynəlxalq hava limanına xüsusi reyslər yerinə yetirəcək.

Qazet.az xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat xidməti məlumat yayıb.

Milli aviadaşıyıcı həmin tarixdən həmçinin “Domodedovo” (DME) beynəlxalq hava limanına reyslərinin sayını artırır. ər iki hava limanına reyslər hər gün həyata keçiriləcək. Beləliklə, Bakıdan Rusiyanın paytaxtına reyslərin ümumi sayı həftədə 14 reysə çatdırılacaq.

Aviabiletləri aviaşirkətin rəsmi saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.

Daşımaya yalnız COVİD-19 pandemiyası səbəbindən tətbiq edilən epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Rusiyaya səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur. Müvafiq məlumat aviaşirkətin saytında dərc olunmuşdur.

Rusiyaya səfər edən bütün xarici vətəndaşlar “COVİD-19 olmadan səyahət edirik” mobil əlavəsini smartfonlarına yükləməli və PCR-testinin nəticəsini həmin mobil əlavəyə daxil etməlidirlər.

Azərbaycana giriş qaydaları haqqında məlumatla burada tanış olmaq mümkündür.

Moskvadan Bakıya uçuş zamanı Azərbaycana giriş qaydaları ilə tanış olmaq və aviaşirkətin saytında linki üzrə qeyd olunan klinika və ya laboratoriyalardan birində COVID-19 testindən keçmək zəruridir. PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcək.

COVİD-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.