Bakı 9˚C Intermittent clouds

AZAL QSC və "AzeriCard" prosessinq mərkəzi birgə məlumat yayıb

Gündəm 20:07 16 okt, 2022
AZAL QSC və "AzeriCard" prosessinq mərkəzi birgə məlumat yayıb

AZAL və "Buta Airways" aviaşirkətlərinin rəsmi internet saytında aviabiletlərin onlayn bron edilməsi zamanı nasazlıqlar yarana bilər.

Qazet.az xəbər verir ki, bu barədə AZAL QSC və "AzeriCard" prosessinq mərkəzi birgə məlumat yayıb.

Onlayn ödənişi dəstəkləyən tərəfdaşla "AzeriCard" prosessinq mərkəzi arasında miqrasiya proseslərinin əlaqəsində qismən fasilələr müşahidə olunur. Mərkəz tərəfindən texniki nasazlıqların operativ şəkildə aradan qaldırılması üçün bütün zəruri tədbirlər həyata keçirilir.

"Hazırda tərəfdaş "PayOn" vasitəsilə ödəniş zamanı çətinliklər yarana bilər. Bununla əlaqədar olaraq, mənfi halların qarşısının alınması üçün AZAL ilə birbaşa inteqrasiya nəzərdən keçirilir", - deyə "AzeriCard"dan bildiriblər.

Aviabiletlərin onlayn alınması zamanı yaranan problemlərlə bağlı [email protected] və [email protected] çağrı mərkəzinə və ya "WhatsApp" nömrələrinə müraciət edilməlidir:
+994 70 437 40 82 (Azərbaycan Hava Yolları) və +994 70 437 40 86 (Buta Airways).

Yaranmış narahatlığa görə AZAL və “AzeriCard” prosessinq mərkəzi sərnişinlərdən üzr istəyir.