Bakı 23˚C Windy

AZAL və törəmə şirkəti ötən 2 ayda 220 minə yaxın sərnişin daşıyıb

Biznes 18:13 15 mar, 2022

Məlumata görə, bunun 167 mini AZAL-ın özünün, 52 mini isə "Buta Airways"in payına düşüb

AZAL və törəmə şirkəti ötən 2 ayda 220 minə yaxın sərnişin daşıyıb

Bu ilin yanvar-fevral aylarında "Azərbaycan Hava Yolları" QSC (AZAL) və onun aşağı büdcəli törəməsi - "Buta Airways" birlikdə 219 min sərnişin daşıyıb.

Qazet.az bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, bunun 167 mini AZAL-ın özünün, 52 mini isə "Buta Airways"in payına düşüb.

Bunlar Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin axınının müvafiq olaraq 38 %-ni və 12 %-ni təşkil edib.