Bakı 17˚C Mostly cloudy

Mahir Emrelinin başı zədələnib

İdman 15:46 15 dek, 2021

Hücumçu hadisədən sonra beyin silkələnməsi olub-olmadığını yoxlamaq xəstəxanada müayinədən keçib

Mahir Emrelinin başı zədələnib

Polşanın "Legiya" klubunda azarkeşlərin hücumçuna məruz qalan Mahir Emrelinin durumu haqqında yeni məlumatlar yayılıb.

Qazet.az "Sparkchronicles" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu hadisədən sonra beyin silkələnməsi olub-olmadığını yoxlamaq üçün xəstəxanada müayinədən keçib.

Forvarın baş nahiyəsində şiş əmələ gəldiyi müəyyənləşib və onda baş ağrısı da olub. Həkim Emreliyə ehtiyatlı olmağı tövsiyə edib. Futbolçu bu səbəbdən dekabrın 14-də komandanın məşqində iştirak etməyib və bu gün "Zaqlembe" ilə matçda oynamayacaq.

Bundan əlavə, Varşava təmsilçisinin idman direktoru Radoslav Kuxarski hücumçunun durumu ilə maraqlanmaq üçün onunla görüşüb.

Qeyd edək ki, "Legiya" fanatları komandalarının Plotsk "Visla"sına 0:1 hesabı ilə uduzduğu Ekstraklasanın XVIII tur oyunundan sonra Varşava təmsilçisinin futbolçularına hücum edib.