Bakı 6˚C Dreary

"Azərbaycan 1 erməni əsiri geri qaytarıb" - Suren Papikyan

Gündəm 11:38 07 okt, 2021

"Bu şəxs, 1989 -cu il təvəllüdlü, 22 Avqust 2021 -ci ildə ”Dağlıq Qarabağ" sərhədini keçən Artur Davidyandır"

"Azərbaycan 1 erməni əsiri geri qaytarıb" - <span style="color:red">Suren Papikyan</span>

"Azərbaycanın əlində olan bir erməni vətəndaşını da geri qaytarıb."

Qazet.az Tass agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Suren Papikyan millət vəkillərinə açıqlamasında bildirib. 

“Məhz hazırda bir əsir daha Ermənistan ərazisinə qayıtmaqdadır. Bu şəxs, 1989 -cu il təvəllüdlü, 22 Avqust 2021 -ci ildə ”Dağlıq Qarabağ" sərhədini keçən Artur Davidyandır", - deyə Papikyan vurğulayıb. 

Qarabağdakı vəziyyət 27 sentyabr 2020-ci ildə mübahisəli ərazidə hərbi əməliyyatların alovlanması ilə gərginləşib. Xatırladaq ki, Noyabrın 9 -da Rusiya Prezidenti Vladimir Putin, Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev hərbi əməliyyatların tamamilə dayandırılması ilə bağlı birgə bəyanat imzalayıblar. Beləliklə ərazidə Rusiya sülhməramlı qüvvələri təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirilib.

-


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.