Bakı 20˚C Sunny

Azərbaycan akrobatları Bakıdakı dünya çempionatında daha bir medal qazanıb

Gündəm 20:12 12 mar, 2022

Cütlük templə hərəkətlərdə finalda 27.500 xala layiq görülüb

Azərbaycan akrobatları Bakıdakı dünya çempionatında daha bir medal qazanıb

Azərbaycan akrobatları Daniel Abbasov və Murad Rəfiyevdən ibarət duet Bakıdakı dünya çempionatında daha bir medal qazanıb.

Qazet.az-ın məlumatına görə, cütlük templə hərəkətlərdə finalda 27.500 xala layiq görülüb.

Komanda bu nəticəyə əsasən bürünc medala yiyələnib. ABŞ seçməsi birinci, Qazaxıstan isə ikinci yeri tutub.

Qeyd edək ki, Abbasov və Rəfiyevdən ibarət duet ötən gün qarışıq hərəkətlərdə bürünc medala sahib çıxıb.