Bakı 32˚C Sunny

Azərbaycan bankları fərdi evlərə ipoteka krediti verməyə maraq göstərmirlər

Biznes 14:13 08 fev, 2022

12,6%-nin qiyməti 90-120 min manat, 13,4%-nin qiyməti isə 120 min manatdan çox olub

Azərbaycan bankları fərdi evlərə ipoteka krediti verməyə maraq göstərmirlər

Bu il yanvarın 1-nə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilmiş 36 762 kreditin 93%-i mənzillərin, 7%-i isə fərdi evlərin alınması üçün ayrılıb.

Qazet.az bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, kreditlə alınan evlərin 1,7%-nin qiyməti 30 min manatdan az, 38,2%-nin qiyməti 30-60 min manat arasında, 34,3%-nin qiyməti 60-90 min manat arasında, 12,6%-nin qiyməti 90-120 min manat, 13,4%-nin qiyməti isə 120 min manatdan çox olub.

Evlərin ölçülərinə gəlincə isə 40 kv.m-ə qədər mənzillər 7%, 41-60 kv.m-lik mənzilər 36%, 61-80 kv.m-lik mənzillər 28,9%, 81-100 kv.m-lik mənzillər 14%, 101-120 kv.m-lim mənzillər 6%, 120 kv.m-dən böyük olan mənzillər isə 8,1% paya malik olub.