Bakı 17˚C Windy

Azərbaycan Baş qərargah rəisinin ilk xarici səfəri başlayıb - Türkiyəli həmkarla görüş

Gündəm 12:58 13 sen, 2021

Azərbaycan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Türkiyəyə səfər edib

Azərbaycan Baş qərargah rəisinin ilk xarici səfəri başlayıb - Türkiyəli həmkarla görüş

Azərbaycan Silahlı Qüvvələrinin Baş qərargah rəisi general-leytenant Kərim Vəliyev Ankarada türkiyəli həmkarı, ordu generalı Yaşar Gülərlə görüşüb. Bu Kərim Vəliyevin vəzifəyə təyin olduğu müddətdə ilk rəsmi xarici səfəridir.

Bu barədə “Anadolu” agentliyi xəbər verib.

Ankarada, Baş qərargah binasının qarşısında Kərim Vəliyevin rəsmi qarşılanma mərasimi olub. Daha sonra iki ölkə Baş qərargah rəisləri görüşüblər danışıqlar aparıblar.

Baş qərargah rəisi Kərim Vəliyevin səfəri çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərbi rəhbərliyi ilə bir sıra görüşlərinin keçirilməsi planlaşdırılır. Görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq. Səfər sentyabrın 14-dək davam edəcək.