Bakı 32˚C Sunny

Azərbaycan beynəlxalq təbii daş sərgisində iştirak edəcək

Biznes 16:05 26 mar, 2022

Təbii daş və mərmər sənayesi üzrə dünyanın ən yaxşı üç sərgisindən biri bu tədbir

Azərbaycan beynəlxalq təbii daş sərgisində iştirak edəcək

Azərbaycan martın 30-aprelin 2-də Türkiyənin İzmir şəhərində keçiriləcək “Marble İzmir”- 27-ci Beynəlxalq Təbii Daş və Texnologiyaları Sərgisində iştirak edəcək.

Qazet.az bu barədə türk mətbuatına istinadən xəbər verir.

Təbii daş və mərmər sənayesi üzrə dünyanın ən yaxşı üç sərgisindən biri olan bu tədbir Türkiyə Ticarət Nazirliyinin himayəsi və, İzmir Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi ilə, İzmir Sərgi Xidmətləri Mədəniyyət və İncəsənət İşləri Ticarət. Inc (İZFAŞ) tərəfindən təşkil ediləcək.

Sərgidə Almaniya, ABŞ, Səudiyyə Ərəbistanı, Albaniya, Avstraliya, Avstriya, Azərbaycan, Bəhreyn, Banqladeş, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Bosniya və Herseqovina, Braziliya, Bolqarıstan, Əlcəzair, Efiopiya, Fələstin, Cənubi Afrika, Hindistan, İraq, İspaniya, İsrail, İtaliya, Qətər, Qazaxıstan, Qırğızıstan, Kolumbiya, Kosovo, Küveyt, Latviya, Livan, Makedoniya, Misir, Nepal, Pakistan, Slovakiya, Tunis, Oman, İordaniya, Yunanıstan da daxil olmaqla 41 ölkədən 1000-ə yaxın qonaq iştirak edəcək.