"Azərbaycan bizimlə eyni səviyyədədir"
İdman
13:30 10 okt, 2022
"Azərbaycan millisi bizimlə eyni səviyyədə olan komandadır".
Qazet.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Estoniya yığmasının baş məşqçisi Tomas Heberli 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
48 yaşlı mütəxəssis 4-cü səbətdən Yunanıstan və Türkiyə ilə düşmədikləri üçün sevindiyini bildirib: "Bu iki komandadan başqa digərləri bizim üçün mükəmməl rəqiblərdir".
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq.