Bakı -3˚C Windy

Azərbaycan boksçularının Avropa çempionatındakı ilk rəqibləri bəlli olub

İdman 10:46 27 sen, 2022
Azərbaycan boksçularının Avropa çempionatındakı ilk rəqibləri bəlli olub

İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında keçiriləcək Avropa birinciliyinin püşkü atılıb.

Federasiyadan Qazet.az-a verilən məlumata görə, bu gün start götürəcək yarışda Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri müəyyənləşib.

Turnirin ilk günündə rinqə yığmanın bir boksçusu çıxacaq. İbrahim Zeynalov irlandiyalı Con Hartla üz-üzə gələcək.

Avropa birinciliyi, Montesilvano
27 sentyabr
1/16 final

İbrahim Zeynalov (52 kq) – Con Hart (İrlandiya)

28 sentyabr
1/8 final

Faiq Mollayev (46 kq) – İqor Uşinyak (Polşa)
Aynur Mikayılova (50 kq) – Byanka Balint (Almaniya)

29 sentyabr
1/8 final

Bilalhabasi Nəzərov (48 kq) – Rıza Səfəri (İngiltərə)
Tağı Nəsibov (50 kq) – Cuzeppe Dell Aquila (İtaliya)
Məhəmmədəli Aşurəliyev (54 kq) – Armandas Kreqzde (Litva)
Məhəmmədəli Qasımzadə (57 kq) – Nik Smirnov (Almaniya)
Ziya Həsənova (66 kq) – Stefan Ananyev (Estoniya)

30 sentyabr
1/4 final

Aysu İsmayılova (46 kq) – Mariya Trifilli (Yunanıstan)
Nərmin Əlizadə (48 kq) – Mahur Marikyan (Ermənistan)
Qızbəs İsgəndər (54 kq) – Ella-Mae Lonsdale (İngiltərə)
Emili Rzayeva (70 kq) – Olqa Filipçuk (Ukrayna)

Qeyd edək ki, Avropa birinciliyində 33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançı qüvvəsini sınayacaq. Yarışın qaliblərinin adına oktyabrın 4-də aydınlıq gələcək.