Bakı 18˚C Mostly sunny

Azərbaycan BOKT-larının xalis mənfəəti 4 dəfə artıb

Biznes 10:12 29 okt, 2022
Azərbaycan BOKT-larının xalis mənfəəti 4 dəfə artıb

Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin yanvar-sentyabr aylarını 23,7 milyon manat xalis mənfəətlə başa vurub.

Qazet.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə çoxdur.

9 ay ərzində BOKT-ların gəlirləri 83,2 milyon manat (illik müqayisədə 34,4 % çox), xərcləri 55,1 milyon manat (28,4 % çox), xüsusi ehtiyatlara ayırmaları 2,5 milyon manat (79 % az), mənfəət vergisi ödəmələri isə 1,9 milyon manat (26,7% çox) təşkil edib.

Bu il oktyabrın 1-nə BOKT-ların aktivləri 478,3 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 33,3 % çoxdur. Bunun 365,4 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 41,6 % böyüyüb.

Hesabat dövründə BOKT-ların öhdəlikləri 31,1 % artaraq 273,9 milyon manata, balans kapitalı isə 36,3 % artaraq 204,4 milyon manata çatıb.