Azərbaycan bu gecə Gorus yolunda bu addımı atacaq
Gündəm
01:43 11 noy, 2021
“Ermənistan tərəfi artıq cavab tədbirləri görür və gömrük məntəqəsi yaradır"
Azərbaycan Gorus-Qafan yolunun Azərbaycan sərhədindən keçən hissəsində bu gecə yarısı gömrük postu quracaq.
Qazet.az xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai kanala açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan bu gecə Gorus-Qafan yolunda gömrük və sərhəd tədbirləri tətbiq edəcəyi barədə İrəvana xəbərdarlıq edib.
“Ermənistan tərəfi artıq cavab tədbirləri görür və gömrük məntəqəsi yaradır. İşlər başlayıb”, - o vurğulayıb.
Qriqoryan artıq alternativ yolun hazır olduğunu bildirib: “O yolla Gorusa və İrəvana getmək olar. Bu o deməkdir ki, Ermənistanın avtomobillər, o cümlədən yük maşınları üçün alternativi var”.