Azərbaycan bu il 19 mln. tondan artıq neft hasil edib
Biznes
15:18 08 avq, 2022
Hesabat dövründə SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,6 milyon ton təşkil edib
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 19,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən Qazet.az-a verilən məlumata görə, neft hasilatının 12 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, 2,6 milyon tonu (kondensat) “Şahdəniz” yatağının payına düşüb.
Məlumata görə, hesabat dövründə SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,6 milyon ton təşkil edib.