Bakı 15˚C Intermittent clouds

Azərbaycan çempionatı kütləvi xəstəliyə görə təxirə salındı

Gündəm 16:50 11 yan, 2023
Azərbaycan çempionatı kütləvi xəstəliyə görə təxirə salındı

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının II turunda keçirilməli olan "Murov" - UNEC oyunu təxirə salınıb.

Azərbaycan Voleybol Federasiyasından (AVF) Qazet.az-a verilən məlumata görə, buna qonaq komandanın heyətində bir neçə voleybolçunun xəstələnməsi səbəb olub.

Yaranmış vəziyyətlə bağlı AVF-ə müraciət ünvanlayan klub 8 oyunçunun qrip və yüksək hərarətdən əziyyət çəkdiyini və bir neçə gündür məşq etmədiyini əsas gətirərək, yanvarın 13-də təşkili nəzərdə tutulan qarşılaşmanın başqa tarixə təyin olunmasını xahiş edib.

Müraciəti müsbət cavablandıran federasiya rəhbərliyi qarşılaşmasının təxirə salınmasını qərara alıb. Həmin matçın tarixi və keçirilmə yeri ilə bağlı əlavə məlumat veriləcək.

Beləliklə, yanvarın 13-də yalnız "Azərreyl" - "Abşeron" oyunu baş tutacaq. Həmin görüş saat 16:00-da start götürəcək.