Bakı 12˚C Partly sunny

Azərbaycan çempionatında 15-ci tur keçirilir

İdman 16:01 28 noy, 2022
Azərbaycan çempionatında 15-ci tur keçirilir

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.

Qazet.az-ın məlumatına görə, günün ilk matçında "Kəpəz" "Şamaxı"nı qəbul edib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Gəncə təmsilçisinin qolunu 11-ci dəqiqədə Mixeil Erqemlidze vurub. 68-ci dəqiqədə Bahadur Həziyev bərabərlik qoluna imza atıb.

Xallarının sayını 11-ə çatdıran "Şamaxı" 7-ci pilləyə yüksəlib. 10 xala malik "Kəpəz" 9-cu sıradadır.

Qeyd edək ki, günün digər görüşündə "Qarabağ" "Zirə"ni qəbul edəcək. Turun ilk matçında "Neftçi" "Səbail"i 3:1 hesabı ilə üstələyib. Tura noyabrın 29-da "Turan Tovuz" - "Sabah" və "Sumqayıt" - "Qəbələ" matçları ilə yekun vurulacaq.