Azərbaycan çempionatında azarkeş rekordu
İdman
11:58 10 noy, 2022
Misli Premyer Liqasının 3-cü turundan təxirə salınan “Turan Tovuz” – “Qarabağ” oyunu (0:2) rekordla əlamətdar olub.
Qazet.az PFL-in saytına istinadən xəbər verir ki, Tovuzdakı qarşılaşmanı 5800 tamaşaçı izləyib. Bu, cari mövsümün yeni rekordudur.
Bunadək ən çox tamaşaçı 1-ci turun “Turan Tovuz” – “Qəbələ” (0:2) və 3-cü turun “Sabah” – “Neftçi” (2:1) matçlarında qeydə alınmışdı. Həmin oyunların ikisində də 5500 tamaşaçı olub.
Təxirə salınan görüşü də nəzərə almaqla 3-cü turdakı seyrçi sayı da rekord həddə çatıb. Turun ümumilikdə 5 matçını 14600 tamaşaçı izləyib. Bununla da 1-ci turun rekordu yenilənib. Mövsümün ilk turunda 10600 izləyici olub.