Azərbaycan çempionatında rekord
İdman
10:55 26 dek, 2022
Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb.
Qazet.az-ın məlumatına görə, bu, XVIII turda üç böyükhesablı nəticənin qeydə alınması sayəsində mümkün olub.
“Neftçi” “Şamaxı” ilə ev, “Qarabağ” “Səbail”lə səfər oyununda 3 cavabsız qolla qalib gəlib. “Sumqayıt”ın qonağı olan “Sabah” isə 6:0 hesabı ilə qələbə qazanıb.
Bu, mövsümdə ikinci belə hadisədir. Yalnız XII turda belə nəticələr qeydə alınıb. “Kəpəz” “Səbail”i, “Neftçi” “Zirə”ni üç, “Qarabağ” “Şamaxı”nı 4 cavabsız qolla üstələyib.
Qeyd edək ki, cari mövsümdə ümumilikdə 16 qarşılaşmada üç və ya daha çox top fərqi qeydə alınıb.