Azərbaycan çempionatında turun ilk matçı keçirildi
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start verilib.
Qazet.az-ın məlumatına görə, günün yeganə oyununda "Şamaxı" "Sumqayıt"ı qəbul edib.
Şamaxı şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə bitib.
Komandanın qollarını 8-ci dəqiqədə Rövşən Şahmuradov, 33-cü dəqiqədə Nihad Quliyev, 62-ci və 66-cı dəqiqədə Kamran Quliyev vurub. Qonaqlarda isə 14-cü dəqiqədə Vüsal İsgəndərli, 69-cu dəqiqədə Rüfət Abdullazadə fərqlənib.
"Şamaxı" qələbə sayəsində xallarının sayını 10-a çatdırıb və 7-ci sıradakı "Səbail"ə çatıb. "Gənclik şəhəri" təmsilçisi 5 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, turun “Zirə” – “Səbail” və “Neftçi” – “Qəbələ” oyunları noyabrın 12-də, “Kəpəz” – “Turan Tovuz” və “Sabah” – “Qarabağ” matçları isə noyabrın 13-də keçiriləcək.