Bakı 1˚C Dreary

Azərbaycan çempionatının oyununda kütləvi münaqişə baş verib

Hadisə 16:08 03 dek, 2021

Matçın 60-cı dəqiqəsində yaşanıb. Səbəbkar isə meydan sahiblərinin futbolçusu Rəvan Ələsgərov olub

Azərbaycan çempionatının oyununda kütləvi münaqişə baş verib

Futbol üzrə U-16 Liqasının “Keşlə” – İCBFA (İskəndər Cavadov Bakı Futbol Akademiyası) oyununda kütləvi dava baş verib.

Qazet.az -ın məlumatına görə, hadisə matçın 60-cı dəqiqəsində yaşanıb. Səbəbkar isə meydan sahiblərinin futbolçusu Rəvan Ələsgərov olub. O, rəqibə baş ilə zərbə endirdikdən sonra ara qarışıb.

Toqquşmada "Keşlə"nin digər oyunçusu Ramil İsmayılzadə və İCBFA-nın futbolçusu Tağı Nağıyev də iştirak edib.

AFFA İntizam komitəsi Ələsgərovu 8, İsmayılzadə və Nağıyevi hərəyə 6 oyun cəzalandırıb.