Bakı 25˚C Sunny

Azərbaycan çempionu 5 əcnəbi oyunçusunu itirdi

İdman 15:43 18 noy, 2022
Azərbaycan çempionu 5 əcnəbi oyunçusunu itirdi

 

Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” 5 oyunçu ilə yollarını ayırıb.

Qazet.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 5 əcnəbi yola salınıb. Bunlar Mikael Deon, Vitinyo, Vitao, David Qustavo və Sinesiodur. Adıçəkilən oyunçularla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.Qeyd edək ki, “Araz-Naxçıvan” hazırda Azərbaycan çempionatında 6 turdan sonra 18 xalla turnir cədvəlinə başçılıq edir.