Azərbaycan cüdo üzrə dünya çempionatında 13-cü olub
İdman
19:37 12 okt, 2022
Cüdo üzrə Azərbaycan yığması Daşkənddə (Özbəkistan) keçirilən dünya çempionatının ümumi hesabında 13-cü yeri tutub.
Qazet.az xəbər verir ki , komandamızın aktivində Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) qazandıqları iki bürünc medal var. Yekun protokolda Qazaxıstan, Portuqaliya, Ukrayna, Avstriya və bir çox başqa ölkələrə qalib gəldik.
Eyni zamanda, kişilərin yarışında yığmamız Hollandiya, Cənubi Koreya, Braziliya və digər komandaları qabaqlayaraq 9-cu olub.
Ümumi sıralamaya qayıdaraq Yaponiya birinci (5-4-3), Braziliya ikinci (2-1-1), Özbəkistan üçüncü (2-0-0) olub.