Bakı 16˚C Sunny

Azərbaycan daha bir yarışa ev sahibliyi edəcək

İdman 12:10 05 yan, 2023
Azərbaycan daha bir yarışa ev sahibliyi edəcək

22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı Azərbaycanda keçiriləcək. 

Qazet.az xəbər verir ki, Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, qərarı Avropa Boks Konfederasiyası İtaliyanın Assizi şəhərində keçirilən toplantıda açıqlayıb.

Səsvermənin nəticəsinə əsasən, Azərbaycan digər rəqibləri Bolqarıstan və Rumıniyanı qabaqlayaraq yarışa ev sahibliyi hüququ qazanıb. Bakıda keçiriləcək Avropa çempionatı oktyabr-noyabr ayına təsadüf edəcək. Azərbaycanda ilk dəfə keçiriləcək yarışda qitənin ən güclülərinin bir araya gələcəyi  tarix yaxın zamanda dəqiqləşəcək.

Avropa Boks Konfederasiyası, həmçinin digər qitə çempionatlarının da ev sahiblərini açıqlayıb. Yeniyetmələr arasında Avropa birinciliyi iyulda Rumıniyada, məktəblilər arasında yarış avqustda Sloveniyada olacaq.

Qeyd edək ki, Azərbaycan millisi U-22-lərin son Avropa çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.