"Azərbaycan danışıqlara sadiqdir"
Azərbaycan davam edən sülh prosesinə və danışıqlara sadiqdir.
Qazet.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın iddiaları ilə bağlı vəsatəti rədd etməsi ilə bağlı yaydığı məlumatda bildirilib.
Bildirilib ki, həm Azərbaycan, həm də beynəlxalq müşahidəçilər, o cümlədən Avropa Şurasının xüsusi məruzəçisi və Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi dəfələrlə Ermənistanın hərbi qulluqçuları tərəfindən hərbi cinayətlərin törədilməsinə işarə edən və sosial şəbəkələrdə geniş yayılmış video görüntüləri araşdırmağa və təqsirkar şəxsləri məsuliyyətə cəlb etməyə çağırıb. Beynəlxalq ictimaiyyət bu əməllərə görə Ermənistanı məsuliyyətə cəlb etməlidir. Azərbaycan davam edən sülh prosesinə və danışıqlara, habelə beynəlxalq hüquq çərçivəsində bütün insanların hüquqlarının qorunmasına sadiq qalır".