Bakı -11˚C Windy

Azərbaycanda dənizçidən dəhşətli əməl 

Hadisə 14:56 30 dek, 2021

Gəmi heyəti tərəfindən dərhal suya xilasedici dairə atılıb və qayıq suya salınıb

Azərbaycanda dənizçidən dəhşətli əməl 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına aid “Qarabağ” gəmisi-bərəsi 28 dekabr saat 19:20-də göyərtəsində 33 vaqon olmaqla Ələt limanından Qazaxıstanın Kurık limanına doğru yola düşüb. 29 dekabrdan gəmi əlverişsiz hava şəraiti ilə əlaqədar Kurık limanına yan alması üçün reyddə lövbərdə dayanıb.

ASCO-dan Qazet.az verilən məlumata görə, 30 dekabr saat 08:45-də “Qarabağ” gəmisi reyddə lövbərdə dayanan vaxt 3-cü mexanik 1981-ci il təvəllüdlü Zahir Əsgərəli oğlu Məstiyev özünü gəmidən atıb.

Gəmi heyəti tərəfindən dərhal suya xilasedici dairə atılıb və qayıq suya salınıb. Buna baxmayaraq dənizçi xilasedici dairəni tutmayıb.

Gəmi heyət üzvlərinin sözlərinə görə, Zahir Məstiyev səfər zamanı ailəsində problemlərin olduğunu bildirib. O, bununla əlaqədar əvəz olunması üçün müraciət edib. Müraciət əsasında gəminin Bakıya dönüşü zamanı onun əvəz olunması planlaşdırılırdı.

Hadisə ilə bağlı Qazaxıstanın və Azərbaycanın aidiyyəti qurumlarına dərhal məlumat verilib. Hazırda Zahir Məstiyevin axtarışı aparılır.