Bakı 34˚C Sunny

Azərbaycan Dünya Bankı ilə regionda gedən proseslərin iqtisadiyyata təsirlərini müzakirə edib

Biznes 17:30 06 apr, 2022

"Görüşdə ölkəmizdəki sosial-iqtisadi inkişaf, birgə layihələrin icrası və regionda gedən proseslərin Azərbaycan iqtisadiyyatına mümkün təsirləri barədə müzakirələr apardıq"

Azərbaycan Dünya Bankı ilə regionda gedən proseslərin iqtisadiyyata təsirlərini müzakirə edib

Azərbaycan İqtisadiyyat Nazirliyi Dünya Bankı ilə regionda gedən proseslərin ölkə iqtisadiyyatına mümkün təsirlərini müzakirə ediblər.

Qazet.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və həmkarları ilə keçirilən görüşdən sonra "Twitter" hesabında yazıb.

"Görüşdə ölkəmizdəki sosial-iqtisadi inkişaf, birgə layihələrin icrası və regionda gedən proseslərin Azərbaycan iqtisadiyyatına mümkün təsirləri barədə müzakirələr apardıq", - nazir qeyd edib.