“Azərbaycan Əfqanıstandakı missiyamıza böyük töhfə verib” - Baş katib
“Bizim Azərbaycanla uzun illərdir mühüm əməkdaşlığımız olub. Bu bir sıra sahələri – potensial quruculuq, enerji təhlükəsizliyi sahələrini əhatə edir"

“Azərbaycan heç şübhəsiz bizim Əfqanıstandakı sabiq missiyamıza mühüm dəstəyini göstərib”.
“Qazet.az” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“Bizim Azərbaycanla uzun illərdir mühüm əməkdaşlığımız olub. Bu bir sıra sahələri – potensial quruculuq, enerji təhlükəsizliyi sahələrini əhatə edir.
Azərbaycan Əfqanıstandakı missiyamıza böyük töhfə verib. Eləcə də Azərbaycan Kabil hava limanında bu ilin yay evakuasiya zamanı çox dəstək göstərmişdi. 120 mindən artıq insanın bir neçə gün ərzində təhlükəsiz məkana təxliyyə edilməsində Azərbaycan böyük dəstək göstərmişdir”, - deyə Baş katib qeyd edib.