Bakı 11˚C Mostly cloudy

Azərbaycan əhalisinin gəlirləri açıqlandı

Cəmiyyət 21:37 14 dek, 2022
Azərbaycan əhalisinin gəlirləri açıqlandı

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən nominal ifadədə 20,5 faiz artaraq 62 milyard 233,9 milyon manata çatıb.

Bu barədə Qazet.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bu dövrdə əhalinin hər nəfərinə orta hesabla 6182,2 manat gəlir düşüb. Əhalinin sərəncamında qalan gəlirləri 55 milyard 761,6 milyon manat təşkil edib.

2022-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,5 faiz artaraq 827,9 manat təşkil edib.