Bakı 18˚C Sunny

Azərbaycan Ermənistana 11 cəsəd təhvil verdi

Gündəm 14:36 29 noy, 2021

Ermənistanın D-20 diviziyasının əsgərlərinin cəsədləri tapılıb

Azərbaycan Ermənistana 11 cəsəd təhvil verdi

Müharibədən bir ildən çox vaxt keçdikdən sonra Ermənistanın D-20 diviziyasının bir qrup hərbçisinin cəsədlərinin qalıqları tapılıb.

Qazet.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, dekabrın 2-də 9 hərbçinin dəfn mərasimi keçiriləcək. Məlumatı hərbçilərdən birinin qohumu təsdiqləyib.

“D-20 diviziyasının cəsədləri tapılan hərbçiləri üçün dəfn mərasimi dekabrın 2-də saat 16:30-da İrəvandakı Müqəddəs Qriqori İlluminator kafedralında keçiriləcək” - hərbçinin qohumu bildirib.

Qeyd edək ki, həmin hərbçilərin cəsəd qalıqlarını Azərbaycan tərəfi bu il noyabrın 2-də Ermənistan tərəfinə təhvil verib.

Belə ki, təhvil-təslim Xocavənd rayonunun Qırmızı Bazar (Karmir Şuka) kəndinin yaxınlığında Rusiya sülhməramlı qüvvələrinin müşayiəti ilə baş tutmuşdu. Bu aman 11 nəfərin qalıqları Ermənistan tərəfinə təhvil verilmişdi.

Cəsəd qalıqları üzərində məhkəmə-tibbi ekspertizası araşdırma aparandan sonra bu günlərdə 9 nəfərin kimliyini müəyyən etmək mümkün olub. Həmin hərbçilər Ermənistanın D-20 diviziyasından olan artilleriyaçılardır.

11 cəsəddən 9-nun ad və soyadı da açıqlanıb:  David Azatyan, Hayk Antonyan, Karen Danielyan, Artak Mikaelyan, Narek Ohanyan, Vahe Papyan, Hayk Papikyan, Ruben Poqosyan, Samvel Poqosyan.

Mənbə