Bakı 4˚C Mostly cloudy

Azərbaycan Ermənistana növbəti dəfə XƏBƏRDARLIQ edib

Gündəm 19:03 10 noy, 2021

Ermənistan ordusunun növbəti biabırçılığı ona dərs olacaq

Azərbaycan Ermənistana növbəti dəfə <span style="color:red">XƏBƏRDARLIQ</span> edib

Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində növbəti dəfə təxribat törətməyə cəhd göstərib.

Bu barədə Qazet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyi bəyan edir ki, əgər buna oxşar təxribatlar gələcəkdə təkrarlanarsa, görəcəyimiz tədbirlər daha sərt və təsirli olacaqdır.

Ümid edirik ki, Ermənistan ordusunun növbəti biabırçılığı ona dərs olacaq və gələcəkdə belə təxribat xarakterli addımlara yol verilməyəcək.

Azərbaycan Ordusunun şəxsi heyəti və ərazi baxımından itkimiz yoxdur. Hazırda əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən son gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.