Azərbaycan Ermənistanı nəzarətdə saxlayan yüksəklikləri ƏLƏ KEÇİRİB - Heydər Mirzə AÇIQLADI
Ermənistana nə etməliyidiksə, keçən ilin dekabrına kimini hamısını etmişik
"Aydındır ki, Nikol Paşinyanın Kollektiv Təhlüksəzilik müqaviləsi Təşkilatındakı (KTMT) rolu qərar qəbuledici rol deyil. Bilavasitə katib rolunu icra edir". Amma KTMT-nin imicinin, güc təsəvvürünün artırılması istiqamətində sülhməramlılarının Qazaxıstana daxil olması məsələsi təşkilata çox müsbət təsir etdi".
Qazet.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Heydər Mirzə deyib.
Ekspert bildirib ki, Ermənistana nə etməliyidiksə, keçən ilin dekabrına kimini hamısını etmişik:
"Biz Zəngəzurda ermənilərlə dövlət sərhəddində nə etməliydiksə, bunların hamısını keçən ilin dekabrına kimi etdik. Söhbət gedir Qaragöl, Kilsəlidağ istiqamətindən, söhbət gedir Laçın dəhlizinə girişinə nəzarərtdən və s. Bütün bu "daraq", bu ərazilərdəki bütün yüksəkliklər bizim nəzarətimizdədir. Amma təbii ki, biz o yüksəklikləri keçən ilə kimi geri qaytarmasaydıq, götürməsəydik, indi etmək istəsəydik KTMT-nin dirilməkdə olduğunu nəzərə alsaq, bu, artıq böyük müəmma doğuracaqdı. Biz etdiyimizi artıq etmişik, iş işdən keçib.
Amma Ermənistan tərəfndən təxribatlar bundan sonra təbii ki, davam edəcək. İndiki şəraitdə lap Paşinyanın özü olmasa da, Paşinyanın komandasının içində azdırmı Rusiyapərəst qüvvələr, hansılar ki, onlardan Paşinyanın xəbəri yoxdur. Paşinyan qalsın bir yana, KTMT-ni ora ya cəlb etmək və yaxud da Ermənistanın daxilində anti-Rusiya qüvvələri hətta bunda maraqlı olabilər. Çünki təxribat törədirlər, Rusiya təbii ki, qarışmır. Qarışmadığı üçün də əllərində bayraq edirlər ki, "hə, görürsünüz, Rusiya bizi satdı". Yəni növbəti dəfə yenə İrəvanda Rusiyaya qarşı etirazların başlaması üçün imkan yaratmış olurlar.
Hesab edirəm ki, ümumi sülh müqaviləsi imzalanana kimi, delimitasiya prosesi, - hansı ki, hələ bitməyib, - bitənə kimi təxribatlar davam edəcək və həm Rusiya tərəfdən, həm də anti-Rusiya tərəfdən KTMT-ni ora cəlb etmək cəhdləri bitməyəcək".