Azərbaycan əsilli futbolçu dünya çempionatına getməyəcək
İdman
10:13 15 noy, 2022
İran millisinin Azərbaycan əsilli sabiq futbolçusu Əli Daei dünya çempionatı üçün Qətərə getməyəcək.
Qazet.az-ın məlumatına görə, 53 yaşlı veteran hücumçu bu barədə şəxsi instaqram hesabında bildirib.
Sabiq forvard FIFA və Qətər Futbol Federasiyasının rəsmi dəvətini geri çevirdiyini yazıb: "Çoxumuzun özünü yaxşı hiss etmədiyi bu günlərdə ölkəmdə sizinlə birlikdə olmaq üçün həyat yoldaşım və qızlarımla mundialda iştiraka yox dedim. Yaxınlarını itirən ailələrə başsağlığı verirəm. İran və iranlılar üçün aydınlıq günlər ümidi ilə".