Bakı 15˚C Showers

Azərbaycan əsilli gimnast dünya çempionu olub

İdman 07:15 07 noy, 2022
Azərbaycan əsilli gimnast dünya çempionu olub

Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli idman gimnast Cesika Qədirova İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Qazet.az-ın məlumatına görə, döşəmə üzərində sərbəst hərəkətlərə görə hakimlərdən 14,200 xal alan 18 yaşlı idmançı fəxri kürsünün 1-ci pilləsinə qalxıb.

Cesikanın əkiz bacısı Cenifer Qədirova 13.166 nəticə ilə yeddinci olub.