Bakı 7˚C Dreary

 Azərbaycan filmləri mükafat qazandı

Maraqlı 11:15 09 dek, 2021

 Türkiyənin İstanbul şəhərində 9-cu Beynəlxalq İpək Yolu Film Mükafatlarının təqdimatı keçirilib

 Azərbaycan filmləri mükafat qazandı

Qazet.az məlumat verir ki, bu il mükafat əldə etmək üçün müxtəlif ölkələrdən 3089 sayda film beynəlxalq festivala müraciət edib. Bu hal rekord göstərici hesab olunur. Mükafatlandırmanın final mərhələsinə Amil Amalın “Titrəmə” qısametrajlı bədii və Lətif Lətifsoyun “Anya” qısametrajlı sənədli filmləri vəsiqə qazanıb.

Mükafatlandırma mərasimi dekabr ayının 6-da Türkiyənin Mədəniyyət və Turizm nazirliyinin dəstəyi, “Türkiyə Sinema Televizyon Eserleri Sahibleri Meslek Birliği”nin (SETEM) təşkilatçılığı ilə İstanbulda baş tutub.  Beynəlxalq qısametrajlı bədii film kateqoriyasında rejissor Amil Amalın “Titrəmə” ekran əsəri   “Ən yaxşı film” mükafatına layiq görülüb.

Lətif Lətifsoyun “Anya” filmi isə beynəlxalq qısametrajlı sənədli filmlər içərisində “Münsiflər heyətinin xüsusi mükafatı”nı qazanıb.