Azərbaycan gələn il üçün müdafiə təyinatlı məlumatlar üzrə sifarişlər alıb
Gündəm
16:30 17 dek, 2021
Bunu müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov jurnalistlərə açıqlamasında deyib

“Ötən il 156 adda silah və hərbi texnikanın yaradılması həyata keçirilib”.
Qazet.az xəbər verir ki, bunu müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu il 1000-dən artıq adda müdafiə təyinatlı məhsullar mənimsənilib, müvafiq qaydada istehsal edilərək Azərbaycan Silahlı qüvvələrinin anbarlarına təchiz edilib:
“Gələn il üçün nazirliyin müəssisələrində istehsal olunacaq müdafiə təyinatlı məhsullarla bağlı sifarişlər almışıq. Bu sifarişlərlə bağlı məlumatı yaxın vaxtlarda Nazirlər Kabinetinə təqdim edəcəyik”.