Azərbaycan gəmiləri üçün Bosfor boğazından keçid haqqı 2 dəfə BAHALAŞDI
Gündəm
12:30 20 sen, 2022

Türkiyə hökuməti oktyabrın 1-dən ölkənin İstanbul şəhərindəki Bosfor boğazından keçid haqqını 2 dəfə artıracaq.
Qazet.az xarici mətbuata istinadən xəbər verir ki, bu qərar Azərbaycan gəmilərinə də aiddir.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev faktı "Report"a təsdiq edib: "Bəli, qiymət artımı barədə bizə rəsmi bildiriş göndərilib. Əgər indiyə qədər 5 000 tonluq quru-yük gəmisi üçün 2 500 ABŞ dollarlı keçid haqqı ödəyərdiksə, gələn aydan bu rəqəm 5 000 ABŞ dolları olacaq".