Bakı 11˚C Windy

Azərbaycan gimnastı Almaniyada qızıl medal qazanıb

İdman 15:28 11 dek, 2022
Azərbaycan gimnastı Almaniyada qızıl medal qazanıb

Azərbaycanın bədii gimnastı Leyli Ağazadə Almaniyanın Leverkuzen şəhərində keçirilən "4-cü Qış kuboku" yarışında qızıl medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasından Qazet.az-a verilən məlumata görə, milli komandanın üzvü lentlə hərəkətlərin icrasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Daha əvvəl Alina Məmmədova topla hərəkətlərdə ikinci yeri tutub.

Qeyd edək ki, yarışa dekabrın 12-də yekun vurulacaq.