Azərbaycan Gorus-Qafan yolu üzərində ilk yanacaqdoldurma məntəqəsini açdı - FOTOlar
Gündəm
16:18 20 dek, 2021
Açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev iştirak edib

Azərbaycan-Ermənistan dövlət sərhədində, Qubadlı rayonu ərazisində ilk yanacaqdoldurma məntəqəsinin açılışı olub.
Qazet.az Trend-ə istinadən bildirir ki, yanacaqdoldurma məntəqəsi Qubadlının Eyvazlı kəndində, Gorus-Qafan yolu üzərində yerləşir.
Açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev iştirak edib.

