Azərbaycan Gorus-Qafan yolunda daha bir post qurur
Gündəm
16:24 14 noy, 2021
Azərbaycanlılar düz yolun kənarında köşk quraşdırıblar

Hazırda gömrük məntəqəsidir, yoxsa başqa bir şeydir, məlumat yoxdur. Yalnız o məlumdur ki, azərbaycanlılar düz yolun kənarında köşk quraşdırıblar.
Qazet.az Axar.az-a istinadən xəbər verir ki, bunu Qafan meri Gevorq Parsyan Gorus-Çakaten yolu ətrafında baş verən hadisələrlə bağlı danışarkən deyib.
“Yol hazırda əvvəlki rejimdə fəaliyyət göstərir. Lakin onun gömrük postuna çevriləcəyi ilə bağlı narahatlıqlar var”.
Qeyd edək ki, erməni mediası Gorus-Qafan yolunun Çakaten kəndi istiqamətində Azərbaycan Ordusunun qüvvə yerləşdirdiyi haqda məlumat yaymışdı.
Gorus-Qafandakı ilk postumuz Eyvazlı kəndi yaxınlığında yerləşir.