Azərbaycan idmançıları Çempionlar Liqasında mübarizə aparacaq - VİDEO
Sabah Parisdə kişi və qadın cüdo klubları üzrə Çempionlar Liqası, Praqada isə Avropa Liqası yarışı keçiriləcək.

Sabah Parisdə kişi və qadın cüdo klubları üzrə Çempionlar Liqası, Praqada isə Avropa Liqası yarışı keçiriləcək.
Qazet.az-ın xəbərinə görə, bu yarışlarda Azərbaycanı altı kişi cüdoçu təmsil edəcək.
Çempionlar Liqasında Azərbaycan cüdoçularından dörd idmançı yarışacaq. Orxan Səfərov (-66 kq), Rüstəm Orucov (-73 kq), Zelim Kotsoyev (-100 kq) və Uşanqi Kokauri (+100 kq) Avropanın ən ali klub turnirində mübarizə aparacaq.
Avropa Liqasında isə iki cüdoçumuz yarışacaq. Bunlar Hidayət Heydərov (-73 kq) və Zaur Dünyamalıyevdir (-90 kq).
Qeyd edək ki, idmançılarımızdan Olimpiya, ikiqat dünya mükafatçısı və Avropa çempionu Rüstəm Orucov Serbiyanın məşhur “Srvena Zvezda” klubu adından çıxış edəcək. Avropa çempionumuz Orxan Səfərovla gürcü əsilli idmançımız Uşanqi Kokauri Yunanıstanın “Aris” klubunu, Hidayət Heydərov Moskva “Lokomotiv”ini təmsil edəcək.