Bakı 9˚C Mostly cloudy w/ showers

Azərbaycan idmanında rekord

İdman 13:05 21 dek, 2022
Azərbaycan idmanında rekord

21-23 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağırlıqqaldırma Akademiyasının yarış zalında keçirilən qadınlar, kişilər və veteranlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan Kubokuna start verilib.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasından Qazet.az-a verilən məlumata görə, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayacaq.

Artıq ilk rekord qeydə alınıb. Yarışa 25 nəfər qadın idmançı qatılıb ki, bu da Azərbaycan ağırlıqqaldırma tarixində bir ilkdir. Bu günə qədər Respublika dərəcəli heç bir yarışda bu qədər qadın ağırlıq qaldıran iştirak etməmişdi. Onlar bu gün həm müxtəlif çəki dərəcələrində, həm də mütləq qalibi müəyyən edəcəklər.

Daha bir ilk hakimliklə bağlıdır. Respublika dərəcəli ağırlıqqaldırma turnirlərində ilk dəfə qadın mütəxəssis yarışın baş hakimi təyin edilib. Bu vəzifə sabiq ağırlıqqaldıran, qadınlar arasında Azərbaycan çempionu, ustadlar arasında 3 qat Avropa və dünya çempionu Səbinə Rzayevaya həvalə edilib.