Bakı 14˚C Mostly cloudy

"Azərbaycan" İES-in 2 blokunun gücü 3 dəfə artırılacaq

Siyasət 14:07 25 okt, 2022
"Azərbaycan" İES-in 2 blokunun gücü 3 dəfə artırılacaq

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elektrik Stansiyasının 7-ci və 8-ci enerji bloklarının gücü 3 dəfə artırılacaq.

Qazet.az xəbər verir ki, bu barədə bu gün imzalanan Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamında qeyd edilir.

Sərəncama görə, “Azərbaycan” İES-in mövcud avadanlıqlarına əlavə müasir texnologiyalar tətbiq edilərək, 600 MVt gücündə olan 7-ci və 8-ci enerji bloklarının gücünün daha 1 280 MVt artırılması nəzərdə tutulur.

İES-in modernizasiyası ölkənin enerji dayanıqlığının təmin olunması, əlavə generasiya güclərinin yaradılması, enerji tələbatının qarşılanması, ixrac imkanlarının artırılması, ətraf mühitin qorunması, elektrik enerjisinin istehsalında təbii qaza qənaət edilməsi, iqlim dəyişiklikləri ilə bağlı baş verən kataklizmlərin qarşısının alınması və regionda yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyətə malikdir.