Bakı 20˚C Intermittent clouds

Azərbaycan ilk dəfə silahlarını nümayiş etdirəcək

Siyasət 11:28 30 avq, 2022
Azərbaycan ilk dəfə silahlarını nümayiş etdirəcək

""ADEX" sərgisi dünyada böyük ək-səda yaradıb. Müasir silah və texnika sərgisi olan "ADEX"in bundan qabaq keçirilən sərgilərdən fərqi ondadır ki, bura daha çox ölkədən şirkət və nümayəndə heyətə qatılacaq".

Qazet.az APA-ya istinadən xəbər verir ki, bunu Bakıda keçirilən "ADEX” və 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgilərinə həsr olunan mətbuat konfransında müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev deyib.

O bildirib ki, bu il keçiriləcək sərgiyə 32 ölkədən 208 aparıcı şirkət iştirak edəcək: "Sərgi 3 pavilyon və açıq sahədə nümayiş etdiriləcək. Bolqarıstan, Ukrayna, Çin və bir çox ölkənin aparıcı şirkətləri burada olacaq. İlk dəfə İordaniyadan şirkət sərgidə iştirak edəcək. 10-a yaxın şirkət isə milli stendi ilə sərgidə olacaq".

Arif Babayev onu da qeyd edib ki, sərgi Vətən müharibəsindən sonra ilk dəfə keçirilir: "Azərbaycan qazandığı qələbədən sonra ilk dəfə sərgidə müasir silahlarını nümayiş etdirəcək. Sərgidə müxtəlif təqdimatlarla pilotsuz uçuş aparatları, təyyarələr, gəmilər və s. nümayiş olunacaq".