Bakı 1˚C Mostly cloudy

Azərbaycan karateçisi Türkiyədə beynəlxalq turnirdə finala yüksəlib

İdman 07:22 25 sen, 2022
Azərbaycan karateçisi Türkiyədə beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycan təmsilçisi Fidan Teymurova Türkiyənin Kocaeli şəhərində keçirilən beynəlxalq turnirdə finala yüksəlib.

Qazet.az xəbər verir ki, F.Teymurova 75 ölkədən 1 078 idmançının iştirak etdiyi Karate1 Seriya A turnirində finala vəsiqə qazanıb.

Azərbaycan karateçisi bir-birinin ardınca Belçika, Misir, Türkiyə, İran və Əlcəzair idmançılarını məğlub edib. F.Teymurova qızıl medal uğrunda həlledici görüşdə Xorvatiya təmsilçisi ilə qarşılaşacaq.

Hindistan, İran, Türkiyə və Ukrayna komandalarının üzvlərini məğlub edən Osman Osmanlı (84+ kq) isə yarımfinalda uduzsa da, bürünc medal uğrunda yarışacaq.

Yarış sentyabrın 25-də başa çatacaq.