Azərbaycan klubu 4 legioner ilə yollarını ayırdı
İdman
14:45 26 dek, 2022
“Səbail” klubu 4 futbolçusu ilə yollarını ayırıb.
Bu barədə Qazet.az-a paytaxt təmsilçisinin baş məşqçisi Mahmud Qurbanov məlumat verib.
O bildirib ki, 4 əcnəbi oyunçu ilə vidalaşıblar. Bunlar argentinalı müdafiəçi Fakundo Kardozo, braziliyalı arxa xətt oyunçusu Qustavo de Fransa, ukraynalı yarımmüdafiəçi Maksim Çex və portuqaliyalı hücumçu Kizito Luvaqadır.
Qeyd edək ki, “Səbail” Premyer Liqanın ilk yarısından sonra 10 xalla sonuncu pillədə qərarlaşıb.