Bakı 24˚C Windy

Azərbaycan klubu oyunçusunu Portuqaliyaya satır

İdman 15:55 11 yan, 2023
Azərbaycan klubu oyunçusunu Portuqaliyaya satır

“Neftçi” futbolçusu Yusuf Lavalın satışı ilə əlaqədar Portuqaliyanın “Arouka” klubu ilə rəsmi danışıqlara başlayıb.

Qazet.az "ağ-qaralar"ın rəsmi saytına istinadən xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi bu gün komandanın düşərgəsindən ayrılaraq, Bakıya dönəcək.

O, viza problemini həll etdikdən sonra Portuqaliyaya yola düşəcək. Laval tibbi baxışdan uğurla keçəcəyi halda, rəsmi satış müqaviləsi imzalanacaq və sonra bu barədə ictimayyətə ətraflı məlumat veriləcək.