Azərbaycan kubokunun oyunları keçirilir
Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.
Qazet.az xəbər verir ki, 2-ci oyun günündə 3 matç keçiriləcək. Bununla da 1/4 finalın bütün cütlükləri müəyyənləşəcək. "Mingəçevir" "Zirə" ilə, "Kəpəz" "Sumqayıt"la, "Sabah" isə "Qaradağ Lökbatan"la qarşılaşacaq.
Qeyd edək ki, 1/8 final 1 matçdan ibarətdir. Bu mərələnin digər 3 görüşü dünən keçirilib. "Qəbələ", "Səbail" və "Turan Tovuz" 1/4 finala adlayıblar. "Qəbələ" bu mərhələdə son çempion "Qarabağ"la, "Səbail" isə "Turan Tovuz"la üz-üzə gələcək. “Sabah” – “Qaradağ Lökbatan” cütünün qalibi “Kəpəz” – “Sumqayıt” duelinin güclüsü ilə, "Zirə” – “Mingəçevir” oyununun qalibi isə “Neftçi” ilə qarşılaşacaq.
23 noyabr (çərşənbə)
14:00. “Mingəçevir” – “Zirə”
Hakimlər: Emin Əliyev, Elman Kərimov, Elmin Süleymanov, Əkbər Əhmədov
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu
14:00. “Kəpəz” – “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Kamran Əliyev
Gəncə şəhər stadionu
17:00. “Sabah” – “Qaradağ Lökbatan”
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Kərim Zeynalov, Fəridə Lütfəliyeva
“Bank Respublika Arena”
22 noyabr
“Qəbələ” – “Araz Naxçıvan” - 5:0
MOİK – “Səbail” - 0:4
“Şamaxı” – “Turan Tovuz” - 0:1