Bakı 23˚C Mostly cloudy

Azərbaycan kubokunun oyunları keçirilir

İdman 09:30 20 dek, 2022
Azərbaycan kubokunun oyunları keçirilir

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.

Qazet.az-ın məlumatına görə, bununla da yarımfinalın bütün iştirakçıları bəlli olacaq.

Günün ilk oyununda "Turan Tovuz" "Kəpəz"i qəbul edəcək. Qarşılaşma saat 14:00-da start götürəcək. Gəncədəki oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar.

Digər matçda isə "Neftçi" və "Zirə" komandaları üz-üzə gələcəklər. "Bakcell Arena"dakı görüş saat 19:00-da başlayacaq. "Qartallar" evdəki ilk oyunda minimal hesabla qalib gəliblər - 1:0.

Bu iki cütün qalibi yarımfinalda bir-birinə rəqib olacaq.

Azərbaycan Kuboku

1/4 final, cavab oyunları

20 dekabr (çərşənbə axşamı)

14:00. "Turan Tovuz" - "Kəpəz"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
Tovuz şəhər stadionu.
İlk oyun - 2:1

19:00. "Neftçi" - "Zirə"
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Cavid Cəlilov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
"Bakcell Arena".
İlk oyun - 0:1

Qeyd edək ki, daha əvvəl "Qəbələ" "Qarabağ"ı, "Səbail" isə "Sabah"ı mübarizədən kənarlaşdıraraq yarımfinala adlayıb.