Bakı 3˚C Mostly cloudy

Azərbaycan lideri: "Zəngəzur dəhlizinin yaradılması ilə bağlı genişmiqyaslı işlərə başlanılıb”

Gündəm 17:25 27 sen, 2021

İki il ərzində öz torpaqlarımızdakı işləri görəcəyik

Azərbaycan lideri: "Zəngəzur dəhlizinin yaradılması ilə bağlı genişmiqyaslı işlərə başlanılıb”

“Azərbaycanda Zəngəzur dəhlizinin yaradılması ilə bağlı genişmiqyaslı işlərə başlamışıq”.

Qazet.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində deyib.

“Zəngilana dəmir yolu, avtomobil yolu çəkilir, hava limanı tikilir. Ona görə də hesab edirəm ki, 2 il ərzində öz torpaqlarımızdakı işləri görəcəyik. Çünki burada işlərin həcmi çox böyükdür. Ermənistan ərazisində dəmir yolu və avtomobil yolunun uzunluğu 40 kilometrdir. Bu, 1 ilə 1,5 il ərzində edilə bilər. Biz bunu gözləyirik”, - Prezident vurğulayıb.