Bakı -0˚C Cloudy

Azərbaycan limanlarında aşırılan yüklərin həcmi 6 milyon tona çatıb

Biznes 19:42 18 sen, 2021

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycan limanlarından 5,959 milyon ton yük aşırılıb

Azərbaycan limanlarında aşırılan yüklərin həcmi 6 milyon tona çatıb

Hesabat dövründə limanlarda 5,676 milyon ton beynəlxalq tranzit yük aşırılıb. 

Bu, ümumi yüklərin 95,3 faizini təşkil edir. Hesabat dövrünün sonunda Azərbaycan limanlarında 156,3 min ton yük qalıb.

Qazet.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Qeyd edək ki, Azərbaycan limanlarında, əsasən, Türkiyə-Mərkəzi Asiya-Türkiyə, Qara dəniz və Avropa ölkələri - Mərkəzi Asiya maşrutları ilə hərəkət edən yüklər boşaldılır, eləcə də Çin yüklərinin tranziti həyata keçirilir.